Müəllimə dərsdə şagirdin saçını kəsdi
Rusiyanın Volqodonsk şəhərində şagirdə qarşı qəribə hərəkət etmiş müəllimə ərizə yazaraq işdən çıxıb.
Minval.İnfo Sputnik-ə istinadən bildirir ki, məktəbdəki şagirdlərdən birinin valideyni redaksiyaya şikayət edib. O bildirib ki, qızının riyaziyyat müəlliməsi Tatyana Alekseyenko onun saçını kəsib. Müəllimə bu addımı ona görə atıb ki, şagird saçı açıq şəkildə dərsə gəlib.
Valideyn bildirib ki, Təhsil Nazirliyinə şikayət ərizəsi yazıb, eyni zamanda sinif şagirdlərinin valideynləri birləşərək prokurorluğa şikayət ərizəsi yazmağı düşünürlər.
Jurnalistlər məsələni araşdıran zaman aydın olub ki, məktəbdə belə bir qanun var: Şagirdlər dərsdə saçlarını yığmalıdırlar.
Müəllimə dəfələrlə şagirdə xəbərdarlıq etsə də, şagird müəlliməni dinləməyib və kobud cavab verib. Müəllimə əsəbləşərək sağirdi cəzalandırmaq üçün saçından bir parça kəsib. Daha sonra müəllimə günahını anlayıb və özü ərizə yazaraq işdən ayrılıb.
Məktəb direktoru hələ də məsələyə münasibət bildirməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İstanbulda beynəlxalq konfransda böhranlar müzakirə olundu
Keniyada Ebola təhlükəsi: ikinci ölüm hadisəsi qeydə alınıb
Makron hökuməti etirazlara qarşı 70 minlik qüvvə səfərbər edir
ABŞ kəşfiyyatının İran təhlükəsi ilə bağlı yeni məlumatları üzə çıxdı
Fransada yeni etiraz dalğası: gərginlik artır
Kim Çen In dünyanın ən güclü ordusunu qurmağı hədəfləyir