Moldova Konstitusiya Məhkəməsi prezidenti müvəqqəti hakimiyyətdən uzaqlaşdırıb

Yanvarın 2-də Moldova Konstitusiya Məhkəməsi ölkə prezidenti İqor Dodonun səlahiyyətlərini müvəqqəti dayandırıb. APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, qərar hakim partiyanı təmsil edən bir qrup deputatın sorğusu əsasında qəbul edilib.
Qərarın verilməsinə səbəb, baş nazirin 5 nazir və 2 baş nazir müavini postuna təklif etdiyi namizədləri İ.Dodonun təsdiqləməkdən imtina etməsi olub.
Moldova qanunvericiliyinə əsasən, prezident namizədləri təsdiqləməkdən yalnız bir dəfə imtina edə bilər.
Məlumata görə, prezidentin səlahiyyətləri müvəqqəti olaraq parlament sədrinə həvalə olunub. Yaxın günlərdə onun yeni nazirləri təyin edəcəyi gözlənilir. Parlament sədrinin təyinatları imzalamayacağı təqdirdə bunu, qanunvericiliyə əsasən, baş nazir etməli olacaq.
Qeyd edək ki, dekabrın 28-də bir qrup deputat Konstitusiya Məhkəməsinə müraciət edərək prezident İqor Dodonun səlahiyyətlərini müvəqqəti dayandırmağı tələb edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır