Mobil cihazların qeydiyyatı ilə bağlı yeni - RÜSUMLAR
Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumlarının məbləğləri açıqlanıb.
Minval.İnfo xəbər verir ki, “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə qərar qəbul olunub.
Qərara görə, foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir və mobil cihazın bazar qiyməti 100 ABŞ dollarından çox olmadıqda tətbiq olunur.
Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manata, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manat rüsum ödənilir.
Qeyd edək ki, indiyədək bazar qiymətindən asılı olmayaraq, mobil cihazların qeydiyyata alınmasına görə 5 manat dövlət rüsumu ödənilirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolu yenidən qurulur
Banklar hələ də kredit vermir - SƏBƏB
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir
ADIF: Əmanətlərin sığortalanma faizinin dəyişdirilməsi gündəmdə deyil
Avtobuslardan ödənişsiz istifadə nə vaxta qədər davam edəcək? - AÇIQLAMA
Qızıl almaq istəyirsinizsə, tələsin! - Qiymətlərdə kəskin artım gözlənilir
Azərbaycanda transmilli şirkətlərə qarşı yeni tələb qoyulur