Mixail Saakaşvili: "Poroşenkonun adından mənə hədə-qorxu gəliblər"

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili iddia edir ki, ukraynalı sahibkar Aleksandr Qranovski ondan mitinqlərdə çıxışlara son qoymağı tələb edib. M.Saakaşvili bu tələbə əməl etməyəcəyi təqdirdə prezident Pyotr Poroşenkonun adından çıxış edən sahibkar onu məhkəmələr və deportasiya ilə üzləşəcəyi ilə hədələyib.
“Poroşenko bir neçə həftə əvvəl Qranovskini yanıma göndərib. O mənə dedi: “Əgər çıxışlara son qoymasan, biz sənin əleyhinə olan materialları təqdim edərək, səni məhkəmələr qarşısına çıxaracağıq və Gürcüstana göndərəcəyik”, – deyə Saakaşvili Ali Rada qarşısında tərəfdarlarına bildirib.
Qeyd edək ki, ötən gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan, lakin sonra tərəfdarlarının köməyi ilə azad edilən M. Saakaşvili Radanın qarşısında aksiya keçirərək kiyevliləri Maydana toplaşmağa çağırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır