Minlərlə insanı bu şəkildə aldadıblar - Saxta fotoların həqiqi tərəfləri - FOTOLAR

Bu foto “Getty Images” üçün çalışan fotoqraf Marko Di Lauro tərəfindən İraqdakı uşaq qətliamı zamanı çəkillib.
2012-ci ildə BBC kanalı bu şəkli Suriyadakı uşaq qətliamından görüntülər kimi təqdim etmişdi.
BBC daha sonra səhvini anlayıb şəkli silsə də, bu tamamilə başqa yerə və hadisəyə aid şəklin sanki yeniymiş kimi təqdim edildiyi ilk nümunə deyil.
Minval.info mediada və sosial şəbəkələrdə yanlış olaylara aid edilib, çaşqınlıq yaradan fotoları təqdim edir.
Myanmarda müsəlmanlara qarşı törədilən qətliamın fonunda sosial mediada saxta şəkillər tüğyan edirdi. Məsələn, Myanmarda çəkildiyi iddia dilən bu şəkil əslində 2012-ci ildə Nigeriyada çəkilib.
Qəzaya uğramış yanacaq daşıyan maşından benzin çıxarmağa çalışan yüzdən çox adam maşının partlaması nəticəsində dünyasını dəyişmişdi.
Çernobıl faciəsi ilə əlaqədar çox miflər mövcuddur. Ən çox da sosial şəbəkələrdə paylaşılan mutant heyvan şəkillərinin Çernobılda çəkildiyi deyilir. Məsələn, insan üzlü donuz Çernobılda deyil, Çində doğulub, iki üzlü pişik də Amerika Birləşmiş Ştatlarında görülüb.
Türkiyənin Bursa şəhərində suriyalının bir qadına təcavüz edib, yol kənarına atdığı xəbəri yayılmışdı. Məsələ ilə bağlı cinayət işi açıldıqdan sonra əslində şəklin 2013-cü ildəki başqa bir hadisəyə aid olduğu məlum olub.
Çox uzun illər “Quranı cıran qızın son halı” adı ilə tanıdığımız bu şəkil isə əslində bir heykəldir. Bu heykəl Hollandiyada bir muzeydə sərgilənən heykəllərdən biridir.
Tamamilə başqa hadisəyə aid təkcə fotolar deyil, həmçinin videolar da istifadə edilir. Məsələn, ATV telekanalı Suriyada vurulmuş təyyarə görüntülərini Ağdamda erməni təyyarəsinin vurulma anı kimi efirə vermişdi.
https://www.youtube.com/watch?v=hr8KUk20458
Bəs media və sosial şəbəkə istifadəçiləri nə üçün saxta şəkillər paylaşmağa belə meyillidirlər?
Araşdırmalar göstərir ki, saxta şəkillərlə yalan xəbər hazırlamağın bir neçə səbəbi ola bilər.
Hər şeydən əvvəl burada qərəz özünü göstərir. Məsələn, miqyası elə də böyük olmayan hadisəni şişirdib daha çox insanların reaksiyasına səbəb olmaq istəyirlər. Beləliklə, həqiqəti manipulyasiya etməklə təşviqat aparırlar.
Digər bir səbəb isə insanların müzakirənin bir parçası olmağa cəhd etmələridir. Sensasion bir şəkli ilk dəfə paylaşan adam təbii ki, diqqət cəlb edir və bütün nəzərləri üzərinə çəkir.
Bu gün internetdə yayılan məlumatın ilkin mənbəsini tapmaq bir çoxları üçün çətindir və foto bir neçə dəfə paylaşılandan sonra hər kəs onun həqiqəti əks etdirdiyinə inanır.
Dəniz
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ




