Mingəçevirdəki qəzanın ölkə iqtisadiyyatına vurduğu ziyan açıqlandı - Yarım milyard manat
Bu il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda baş verən qəza nəticəsində əhaliyə və ölkə iqtisadiyyatına 500 mln. manata yaxın ziyan dəyib.
Minval.info Report-a istinadən xəbər verir ki, bu rəqəm qəza ilə bağlı yaradılmış komissiyanın beynəlxalq metodologiya əsasında apardığı hesablama zamanı üzə çıxıb.
Məlum olub ki, qəzanın baş verdiyi və nəticələrinin aradan qaldırıldığı 2 gün ərzində abunəçilər 23 mln. kVt/saat həcmində elektrik enerjisi ilə təminatdan məhrum olublar. Beynəlxalq təcrübəyə görə, abunəçiyə ötürülməyən hər kVt/saat elektrik enerjisinə görə ziyanın məbləği 100 dollar götürülür. Azərbaycan iqtisadiyyatında sənayenin payının az olduğu nəzərə alınaraq, bu rəqəm 12 dollar müəyyən edilib. Bu metodla hesabladıqda əhaliyə və iqtisadiyyata 276 mln. ABŞ dolları yaxud 469,2 mln. manat (ABŞ dollarının bu günə olan məzənnəsi 1,7 manatdır) ziyan dəydiyi müəyyən edilib.
Qeyd edək ki, Mingəçevirdəki məlum qəza zamanı 2 gün ərzində ölkənin 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi
