Maşın arzusunda olanlara şad xəbər: Qiymətlər...
Hazırda avtomobil bazarında qiymətlərdə enmə müşahidə olunur.
Minval.info xəbər verir ki, bu barədə Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov məlumat verib.
V.Hüseynov bildirib ki, bir müddət bazarda qiymətlər süni şəkildə qalxmışdı və bu, bazar iştirakçılarını qane etmirdi:
“Çünki yay aylarında bazarda qiymətlər ənənəvi olaraq aşağı düşür, lakin iyul ayı ərzində süni şişirdilmiş qiymət qalırdı. Ancaq son 1 həftədə qiymətlərdə enmə müşahidə olunur. Artıq iyul ayının sonu – avqust ayının əvvəli qiymətlər düşməyə başladı”.
Ekspertin sözlərinə görə, qiyməti 15 min manata qədər olan avtomobillərin qiyməti 12-20 faiz, dəyəri 15 min manatdan yuxarı olanlarda isə qiymət 10 faizə qədər azalıb.
V.Hüseynov bildirib ki, hazırda bazarda durğunluq var, bu da onunla əlaqədardır ki, yay aylarında insanlar məzuniyyətə çıxır, bazarda tələb azalır.
ƏLAQƏLİ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə