Manat avro qarşısında sürətlə ucuzlaşır

“Mərkəzi Bankın rəsmi kursuna əsasən, son 1 ayda dollara nisbətən stabil qalan manat avro qarşısında 5 faizə yaxın dəyər itirib. Ötən gündən isə ilk dəfə olaraq avronun manata nisbətən məzənnəsi 2.11-dək yüksəlib. Indi 1 Avropa pulu almaq üçün 2 manat 11 qəpik ödəmək lazımdır”.
Minval.İnfo-nun məlumatına görə, bu sözləri iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün Avropa valyutasının dollara nisbətən möhkəmlənməsi birbaşa manatın avro qarşısında dəyər itirməsinə gətirib çıxarır:
“Artıq dünya bazarında 1 avro almaq üçün 1.24 dollar ödəmək lazımdır. Avropazonada iqtisadi göstəricilərin yaxşılaşması, Almaniyada yeni hökumət böhranın səngiməsi və eləcə də dolların son günlər əksər dönərli valyutalara nisbətən dəyər itriməsi avronun güclənməsinə səbəb olub”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi