Əmanətlərin yüksək və aşağı faizlə qəbul edildiyi bölgələr - RƏSMİ
Azərbaycan əhalisinin banklardakı əmanətləri bu il yanvarın 1-nə 7 561,2 mln. manat təşkil edib.
Minval.İnfo Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 190,6 mln. manat və yaxud 2,6% çoxdur.
Ölkə üzrə əmanətlərin orta faiz dərəcəsi 4.3 % təşkil edib. Bakı şəhərində fəaliyyət göstərən bank şöbələrində bu rəqəm 4.2% olub.
Əmanətlər üzrə yüksək faiz dərəcələri Kəlbəcər-Laçın iqtisadi rayonu ( 10.2%,), Lənkəran iqtisadi rayonu (7.3%), Abşeron iqtisadi rayonu (7.2%), Quba-Xaçmaz iqtisadi rayonu (6.8%), Gəncə-Qazax iqtisadi rayonunda (6.4%) qeydə alınıb. Əmanətlər ən aşağı faizlə Naxçıvan bankları tərəfindən qəbul edilib – 2.3%.
Qeyd edək ki, hesabat dövründə manatla əmanətlər 2532 899.7 min manat, xarici valyutada əmaəntlərin həcmi 5028265.2 min manat təşkil edib. Manatla əmanətlər üzrə orda faiz dərəcəsi 7,8, dollarla 2,6% olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Məktəb mədrəsə deyil, öz qaydaları var
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir