Mağazasından oğurluq edənlərə iş təklif etdi - VİDEO
İş yerinizi qarət edən oğrulara iş təklif edərdinizmi?
İstanbulda Bayrampaşa adlanan ərazidə iş sahibi olan bir nəfər fərqli addım ataraq sosial medianın gündəminə düşməyi bacarıb.
Belə ki, Müzəffər Sevimli adlı şəxs tekstil anbarına girən oğruların cəldliyi qarşısında heyrətini gizlədə bilməyərək, onlara iş təklif edib.
Minval.İnfo xəbər verir ki, Müzəffər Sevimli açıqlamasında öz təklifinə belə izahat gətirib:
“Bu oğruların daşıdığı malların birinin çəkisi 70 kilodur və biz bu malları 1 günə daşıyıb qurtara bilmirik. Oğrularsa o qədər ağır yükləri cəmi bir saata daşıyıb qurtardılar. Ona görə də onlara gəlib bizimlə işləməyi təklif etdim. Halal zəhmətləri ilə pul qazansınlar”.
“Beyaz Show”-a qonaq olan Müzəffər Sevimli olanları bir daha danışaraq, oğruların iş təklifinə 6 ay sonra cavab verdiklərini, oğurlanan malları geri qaytarmadıqlarını və üstəlik yenə anbarı qarət etdiklərini söyləyib.
Məleykə
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü
