Macarıstanda pensiya dörd dəfə artırılır!
Macarıstan hökuməti yaşa görə verilən minimum pensiyanın dörd dəfədən çox artırılması ilə bağlı mühüm qərar qəbul edib. Bu barədə Baş nazir Peter Magyar özünün “YouTube” kanalında yayımlanan videomüraciətində məlumat verib.
Minval.info xəbər verir ki, Baş nazir Peter Magyar açıqlamasında, yaşa görə minimum pensiyanın 1 yanvar 2027-ci il tarixindən etibarən 120.000 forint (təxminən 653 AZN) səviyyəsinə qaldırılacağını bildirib. O, bu artımın yüz minlərlə yaşlı vətəndaş üçün əhəmiyyətli dərəcədə ödəniş artımı demək olduğunu vurğulayıb.
Baş nazir həmçinin qeyd edib ki, yaşa görə minimum pensiya 2008-ci ildən bəri 28.500 forint (təxminən 154 AZN) səviyyəsində dəyişməz qalıb. Bununla yanaşı, reseptli dərmanlara ƏDV-nin ləğv ediləcəyi və odun alışı zamanı ƏDV-nin 27%-dən 5%-ə endiriləcəyi də bildirilib. Bu tədbirlər, yüz minlərlə yaşlı macarın həyat şəraitinin yaxşılaşdırılmasına kömək edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arzu Nağıyevin ailəsində ağır itki yaşandı
Ermənistanın yeni diplomatik hədəfləri açıqlandı
Paşinyan Artak Kamalyanı baş məsləhətçi təyin etdi
İran ABŞ gəmisinin ayrılmasını istehza ilə qarşıladı
Qənirə Paşayevanın qardaşı yüksək vəzifəyə təyin edildi
İranın sirri müharibənin 6-cı ayının tamamında açıldı