11.01.2018 - 20:30
Dünya
20 baxış
Məşhur fizikdən qorxunc açıqlama: “Yer kürəsi məhv olacaq”
Məşhur fizik Stiven Hokinq insanlığın gələcəyi ilə bağlı daha bir qorxunc proqnoz verib.
Minval.İnfo Tendensiya.com-a istinadən xəbər verir ki, “Stiven Hokinqin sevdiyi yerlər” adlı sənədli filmin 2-ci seriyasında məşhur fizik qlobal istiləşmənin yer kürəsini yaşanmaz bir vəziyyətə gətirib çıxaracağını iddia edib. O, bu problem həll olunmazsa, Dünyanı Veneranın aqibətinin gözləyəcəyini bildirib.
“İqlim dəyişikliyinin olmayacağını iddia edənlərlə qarşılaşanda onlara Veneraya getməyi tövsiyyə edin. Səfər xərclərini mən qarşılayacağam”, – deyə o, bildirib.
Hokinq Yerin 4,5 milyard yaşı olduğunu vurğulayaraq, 200-500 il sonra insanların özlərinə yer axtarmağa başlayacağını qeyd edib.
Qeyd edək ki, NASA-nın 2002-ci ildə apardığı araşdırmalara görə Venera da əvvəllər Yer kimi olub, lakin sonradan istiləşmənin başlaması ilə okeanlar buxarlanıb və bugünkü vəziyyətini alıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
19.10.2026 - 17:34
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
19.10.2026 - 17:14
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
19.10.2026 - 16:44
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
19.10.2026 - 16:14
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
19.10.2026 - 16:04
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır
19.10.2026 - 15:23
Fransada sarı jiletlilərdən sonra xaos: Yüz milyonlarla avroluq itki
19.10.2026 - 14:33