Əməliyyat etdilər, amma uşağı ananın bətnində tapmadılar - FOTOLAR
İngiltərənin Lester şəhərində baş vermiş qəribə hadisə hətta uzun illər təcrübəsi olan həkimləri belə təəccübləndirib.
Doğuş sancıları ilə xəstəxanaya gətirilən ana qeysəriyyə əməliyyatı edilib, lakin ana bətni boş olub.
Minval.İnfo Bizimyolinfo.com-a istinadən xəbər verir ki, Ember və Daniela Hyuz cütlüyü dördüncü uşaqlarını gözləyirdilər. Danielanın doğum sancıları gözlənildiyindən tez – hamiləliyin 7-ci ayında başlayıb. Əri onu xəstəxanaya aparıb. Ana iki gün sancı çəksə də, həkimlər hələ tez olduğunu düşünüb öncə tələsməyiblər, lakin sonra ananın da, uşağın da həyatını xilas etmək üçün qeysəriyyə əməliyyatı etməyə qərar veriblər. Əməliyyatla ananın rəhmi yarılsa da, uşağı ananın bətnində tapmayıblar.

Sonra məlum oldu ki, uşaq təbii yolla dünyaya gəlmək istəyib və uşaqlıq boynuna sürüşüb. Əməliyyat stolunda olan qadın körpəsini təbii yolla dünyaya gətirməyə məcbur olub. Xoşbəxtlikdən körpə sağ-salamat həyata başlayıb və bu gün də balaca Olli Hyuz ailəsinə sevinc bəxş etməkdədir.

Həkimlərin təcrübəsində çox hadisələr baş verib, amma doğuş zamanı ana bətnində körpəni itirmək hadisəsi ilk dəfə qeydə alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı
Komsomolskaya Pravda Alina Kabayevanın nəzarətində!
İngiltərənin Lester şəhərində baş vermiş qəribə hadisə hətta uzun illər təcrübəsi olan həkimləri belə təəccübləndirib.