Məleykə Abbaszadə vəzifədən gedir? Ekspert danışdı
Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin vəzifəsindən ayrılacağı ilə bağlı yayılan xəbərlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Təhsil məsələləri üzrə ekspert və sabiq deputat Etibar Əliyev bu məsələyə münasibət bildirib.
Minval.info xəbər verir ki, Etibar Əliyev Məleykə Abbaszadənin rəhbərlik etdiyi dövrdə Dövlət İmtahan Mərkəzinin obyektiv və dəqiq qiymətləndirmə sistemini formalaşdırdığını vurğulayıb. O, Abbaszadənin 30 illik fəaliyyətinin qurumun müsbət imicinin yaranmasında əhəmiyyətli rol oynadığını qeyd edib.
Etibar Əliyev həmçinin yaş məsələsinin qərb ölkələrində alimlər və idarəçilər üçün məhdudiyyət olmadığını, təcrübə və dürüst çalışmanın əsas götürüldüyünü bildirib. O, Rüfət Əzizovun gənc yaşda olmasına baxmayaraq, müxtəlif təhsil müəssisələrinə rəhbərlik etdiyini, lakin Məleykə Abbaszadənin əvəzlənməsinin əsaslı olmadığını düşünür.
Ekspert, Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyinin fəaliyyətlərini müqayisə edərək, oturuşmuş sistemlərin yeni gələn şəxslər tərəfindən pozulmamasının vacibliyini vurğulayıb. O, keçmiş təhsil nazirlərinin islahatçı kimi yadda qaldığını, lakin son dövrlərdə bu istiqamətdə problemlərin yaşandığını qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aİ Yunanıstan və İspaniyaya təzyiq göstərəcək
İslandiya Aİ-yə yox dedi: Kitlər qalib gəldi
Netanyahu: Qəzzanı işğal edə bilərik!
Çoxuşaqlı ailələrə yeni sosial dəstək müjdəsi
Arzu Nağıyevin ailəsində ağır itki yaşandı
Ermənistanın yeni diplomatik hədəfləri açıqlandı
Paşinyan Artak Kamalyanı baş məsləhətçi təyin etdi