Məkkə Paktı genişlənir: Misir və Suriyanın ittifaqa qoşulması mümkündür?
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında avqustun 7-də imzalanan Məkkə Paktı, hərbi ittifaqı nəzərdə tutaraq, beynəlxalq arenada geniş müzakirələrə səbəb olub. İran isə bu təşkilatın öz maraqlarına zidd hərəkətlər etməsinə icazə verməyəcəyini bildirib.
Minval.info xəbər verir ki, hazırda bu ittifaq üç ölkədən ibarətdir, lakin gələcəkdə digər dövlətlərin də qoşulması mümkündür. Beynəlxalq şəraitin dəyişməsi və regional vəziyyətin inkişafı ilə müqaviləyə yeni üzvlərin əlavə olunması ehtimalı var.
Politoloq Zaur Məmmədov bildirir ki, Məkkə Paktı gələcəkdə müsəlman ölkələri arasında birliyə yol aça bilər. “Bu barədə danışmaq hələ tezdir, çünki belə bir birliyin qurulmasına mane olan əsas qüvvələr elə müsəlman ölkələrinin özləridir. Məkkə Paktı ciddi bir addım olaraq qəbul edilə bilər və heç kimə qarşı yönəlməyib. İslam dünyasının güclü dövlətlərindən üçü artıq bu sazişin iştirakçısıdır. Pakistan və Türkiyənin hərbi gücü məlumdur, Səudiyyə Ərəbistanının da burada yer alması qarşılıqlı milli təhlükəsizlik və maraqların uzlaşması baxımından əhəmiyyətlidir. Bu saziş gələcəkdə İslam ölkələrini birləşdirə biləcək bir pakt ola bilər. Bu istiqamətdə 8 islam ölkəsinin iqtisadi əməkdaşlıq təşkilatı, D8 formatı da mövcuddur və onun genişləndirilməsi müzakirə mövzusudur.”
Politoloqun fikrincə, yaxın gələcəkdə Məkkə Paktının genişlənməsi, Misir, Suriya və bəzi Körfəz ölkələrinin bu ittifaqa qoşulması mümkündür. “Bu, ilk növbədə təşkilatın məqsədlərindən asılı olacaq. Eyni zamanda, paktın hansı dünya ölkələri tərəfindən dəstəklənib dəstəklənməməsi də genişlənməyə təsir edəcək. Misirin qoşulması Türkiyənin maraqları baxımından da əhəmiyyətli olardı. Suriyanın da bu prosesə qoşulması məntiqli görünür, çünki o da İsrail tərəfindən müxtəlif təhdidlərə məruz qalır.”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azov-Qara dənizdəki gərginlik: Rusiyanın taxıl ixracı niyə azalır?
Oman körfəzində gərgin anlar: Konteyner gəmisinə raket zərbəsi endirildi
FHN-də yeni təyinat: Kəmaləddin heydərovdan kənan aşurova etimad
Ərəbistan vəhhabilikdən imtina edir
Qara dənizdə sirli pua: Sahillərdə təhlükəsizlik tədbirləri gücləndirildi