Lukaşenko: "ABŞ-ın iştirakı olmadan Ukrayna sülh danışıqları baş tuta bilməz"
Belarus prezidenti Aleksandr Lukaşenko çərşənbə axşamı deyib ki, Ukraynanın şərqindəki münaqişə ilə bağlı sülh danışıqları Birləşmiş Ştatlar iştirak etmədən baş tuta bilməz.
Keçən həftə baş verən diplomatik irəliləyiş nəticəsində Fransa, Almaniya, Rusiya və Ukrayna arasında münaqişəyə son qoyulması yollarının müzakirəsi üçün sammitə yol açdı.
Baxmayaraq ki, Belarus Rusiyanın yaxın müttəfiqidir “Birləşmiş Ştatların iştirakı olmadan münaqişəyə son qoyulmasına dair nəticə əldə etmək mümkün olmayacaq,” deyə Lukaşenko bildirib.
ƏLAQƏLİ
Putin Britaniyanı hədələdi: "Ukraynadakı bütün hərbi obyektlər qanuni hədəfimizdir"
Bu yaxınlarda Belarusun prezident Vladimir Putinin dəstəklədiyi hərbi hava bazasının ölkəsində yerləşdirilməsi təklifini qəbul etmədiyinə görə, yaxın müttəfiqlər arasında fikir ayrılığının “xoşagəlməz bir epizod” olduğunu bildirmişdi.
Rusiya və Belarusun simvolik birliyin üzvü olmasına və biri-birilərinə inteqrasiyada dərindən yaxınlıq etmələrinə baxmayaraq, hava bazası məsələsindəki boşluq Moskvanın Qərblə soyuq müharibədən sonrakı əlaqələrinin zəifləməsinə görə ittifaqdaxili münasibətlərdə məhdudiyyətlərin olduğunu nümayiş etdirdi.
Kreml 2015-ci ildə Belarusda hava bazası qurmaq üçün bir təklif irəli sürüb və Su-27 qırıcı təyyarələrinin həmin bazada saxlanacağına ümidini saxlayıb. Lakin Rusiya ilə NATO-nun Şərqi Avropa dövlətləri arasında bufer rolunu oynayan keçmiş Sovet respublikası Moskvanın bu təklifini rədd edib.(amerikaninsesi)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"
Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir
İlham Əliyev Putinlə ayaqüstü görüşdü - FOTOLAR
Rusiyada yeni səfərbərlik şayiələri təkzib edildi
İran ABŞ-yə qarşı hərbi cavab verəcək!