Lökbatan sakinləri susuzluqdan əziyyət çəkir: Deputatın açıqlaması təəccüb doğurdu
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan sakinlər uzun müddətdir su çatışmazlığı ilə üzləşirlər. Onların bildirdiyinə görə, artıq 10 gündür ki, əraziyə su verilməyib.
Minval.info xəbər verir ki, sakinlərdən biri, yay aylarında yalnız gecələr suyun gəldiyini və bu səbəbdən gecə saatlarında su yığmaq məcburiyyətində qaldığını deyir. O, həmçinin evdə 1-ci qrup əlil xəstənin olduğunu və onun gündəlik qulluğu üçün suya ehtiyac duyulduğunu vurğulayıb.
Başqa bir sakin isə şəkər xəstəsi olduğunu və gecə saatlarında damcı ilə gələn suyu toplamağa çalışdığını bildirib. O, evdə 3 yaşında körpə olduğunu və təmiz su olmadığı üçün yemək bişirməkdə çətinlik çəkdiklərini qeyd edib.
Sakinlərdən biri keçən il eyni problemlə bağlı deputata müraciət etdiyini və deputatın su işlərinə baxan qadının çox həyasız olduğunu dediyini xatırladıb. Sakinlər su probleminin həlli üçün aidiyyəti qurumların tədbir görməsini tələb edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir