Lirə yenidən yüksəlişə keçdi
Türkiyədə bankların “swap” (valyuta dəyişmə) əməliyyatlarını məhdudlaşdırması dolların yönünü aşağı istiqamətə çevirib. Belə ki, dollar lirəyə nisbətdə ucuzlaşmağa başlayıb.
Minval.info oxu.az-a istinadən xəbər verir ki, səhər saatlarında 6,35 lirə təşkil edən dollar 6% ucuzlaşaraq, 5.88 lirəyə düşüb.
Avro isə 7,30 səviyyəsindən 6,83 lirəyə geriləyib.
Qeyd edək ki, dolların lirəyə nisbətdə ucuzlaşmasına Türkiyə Mərkəzi Bankının (TCMB) və BDDK-nın (Türkiyənin bank bazarını tənzimləyən qurumunun) qərarları təsir edib.
Mərkəzi Bank məcburi ehtiyat norması nisbətlərini 250 bənd aşağı edirib, o cümlədən valyuta likvidliyinin idarə edilməsinə dair addımlar atıb. BDDK isə “swap” həmləsi ilə valyuta bazarına təsir edib.
Qərara əsasən, bankların “swap” əməliyyatlarının məbləği hüquqi səhmdarların ümumi kapitalının 25 faizindən çox olmayacaq.
ƏLAQƏLİ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə