10.08.2026 - 20:01
Siyasət
248 baxış
Lalə Şövkətin səhhəti ilə bağlı son məlumat: Keçmiş dövlət katibi müalicəsini bağda davam etdirir
Azərbaycan Liberal Partiyasının sabiq rəhbəri, eks-dövlət katibi Lalə Şövkətin sağlamlıq durumunda müsbət dinamika müşahidə olunur.
Minval.info xəbər verir ki, bu barədə məlumatı onun oğlu Sidqi Hacıyev verib. Anasının hazırda bağ evində istirahət etdiyini bildirən S.Hacıyev müalicə prosesinin həkimlərin ciddi nəzarəti altında sürdürüldüyünü vurğulayıb: “Lalə xanımın vəziyyəti nisbətən yaxşılaşır. İndi bağdayıq və mütəxəssislərin tövsiyələrinə tam əməl edərək müalicəni davam etdiririk”.
Xatırladaq ki, 2020-ci ildə Lalə Şövkətin səhhətində ciddi problemlər meydana gəlmiş, müayinələr zamanı onun yoğun bağırsağında şiş müəyyən edilmişdi. Sabiq dövlət katibi həmin ilin avqust ayında cərrahi əməliyyat olunmuşdu.
Açar sözlər:
#Azərbaycan Liberal Partiyası
#Bağlı
#Dövlət
#Katibi
#Keçmiş
#Lalə
#Lalə Şövkət
#Müalicəsi
#Səhhəti
#Sidqi Hacıyev
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
15.10.2026 - 01:46
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
15.10.2026 - 01:42
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
12.10.2026 - 17:44
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
12.10.2026 - 17:34
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
12.10.2026 - 14:04
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
12.10.2026 - 12:44
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir
11.10.2026 - 14:34
Türkiyədə siqaret satışında yeni qayda: şəxsiyyət vəsiqəsi tələb olunacaq
10.10.2026 - 16:58