19.05.2018 - 17:53
Dünya 3 baxış

Kubada matəm elan olunub

Kubanın Dövlət Şurası Havana yaxınlığında “Boeing 737”” təyyarəsinin qəzaya uğraması ilə bağlı matəm elan edib.

Minval.İnfo-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Granma” qəzeti” məlumat verib. “Təyyarə qəzası ilə əlaqədar Kuba Respublikasının Dövlət Şurası mayın 19-u saat 06.00-dan mayın 21-i, saat 00.00-dək ölkədə matəm elan edib”, məlumatda deyilir.

“Cubana de Aviacion” aviaşirkətinin Meksikanın “Global Air” aviaşirkətindən icarəyə götürdüyü “Boeing 737” təyyarəsi Havana yaxınlığında qəzaya uğrayıb. Havana-Olqin marşrutu üzrə uçan layner havaya qalxdıqdan az sonra yerə çırpılıb və yanıb. Qəza nəticəsində 103 sərnişin və 5 ekipaj üzvü ölüb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: