Köpək balıqları 31 miqrantı parçaladı

Aralıq dənizində Avropaya üzən iki miqrant qayığına köpək balıqları hücum edib.
“The Sun” yazır ki, bu barədə Liviyanın Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində 31 nəfər ölüb, 40 nəfər itkin düşüb. Faciə Şimali Afrika sahillərindən təqribən 65 km aralıda baş verib.
Xilasedicilərin sözlərinə görə, ölənlərin aşkar olunmuş meyitlərində köpək balıqlarının dişlək izlərinin yeri görünür. Qeyd olunur ki, bəzi miqrantlar yırtıcılardan xilas olmaq üçün çevrilmiş qayıqlara çıxmaq istəyən zaman ölüblər.
“Ətrafda çoxsaylı cəsəd var idi və biz burada onların arası ilə üzən 4-5 köpək balığı gördük. Böyük mavi köpək balıqları, çox aqressiv növdür”, — deyə dənizçilərdən biri bildirib.
Faciə yerində digər qaçqınlarla dolu qayıqlar da olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır