Kofedən belə də istifadə edə bilərsiniz
Qəhvədən bir çox üsullar üçün istifadə etmək mümkündür
Minval.İnfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəhvəni içdikdən sonra fincanın içərisində qalan çöküntü ilə möhtəşəm nəticələr əldə edə bilərsiniz.
Qəhvə və çöküntüsü nələrə faydalıdır?
1. Gübrə kimi istifadə edə bilərsiniz
Məsələn, bitkiləriniz baxımsız və solğun olduğu zaman çöküntünü torpağa qarşdırın.
2. Mebellərdəki ləkələri təmizləyir
Qəhvəyə biraz su qataraq mebellərinizi parlaq edə bilərsiniz.
3. Saçları yumşaldır və parlaq görüntü verir
Xüsusilə sarışınlar saçlarının uclarına kofe sürtərərk saç rəngini aça bilərlər. Qaraşınlar isə saçlarına kofe çöküntüsü sürtməklə parlaq saçlara sahib ola bilərlər.
4. Birələri uzaq tutar
Əgər evdə it saxlayırsınızsa kofe çöküntüsünü itinizin tüklərinə sürtərək birələri ondan uzaq tuta bilərsiniz.
5. Pişikləri uzaqlaşdırar
Yaşadığınız əraziyə pişiklərin gəlməsini istəmirsinizsə evinizin ətrafına kofe səpməklə istəyinizə nail ola bilərsiniz.
6. Soyuducudakı qoxuları yox edir
Soyuducuda çürümüş yeməklərin qoxusu uzun müddət qalır. Bu qoxunu yox etmək istəyirsinizsə, istifadə edilməmiş qəhvəni bir qabın içərisində soyuducuya qoyun və bir gecə gözlədin. Nəticəni özünüz görəcəksiniz.
Mira
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır