"Kediciyi" Adnan Oktarın başına bəla oldu
Adnan Oktarın yanından qaçan və açıqlamaları ilə gündəm yaradan Ceylan Özgül bu dəfə Oktar ilə onun ətrafındakıları məhkəməyə verib.
Minval.info “Sputnik”-ə istinadən xəbər verir ki, İstanbul Anadolu 14-cü Ailə Məhkəməsi Adnan Oktar və Didem Ürerin də aralarında olduğu bir neçə nəfər haqqında uzaqlaşdırma qərarı verib.
Xatırladaq ki, bir müddət əvvəl Adnan Oktarın “kedicik”lərindən biri olan Ceylan Özgül onun yanından qaçmışdı. Adnan Oktar tərəfdarlarının Özgül haqqında sərt açıqlamalar verməsi, onu günahlandırması Özgülün məhkəməyə müraciət etməsi ilə nəticələnib. Özgül məhkəmədə Adnan Oktardan və qrupundan şikayət edib.
Məhkəmənin verdiyi qərara görə, Adnan Oktar, Əminə Minə Kalça, Gülgün Göktan, Kartal İş, Sinem Hacer Tezyapar haqqında 4 ay müddətinə Özgülə yaxınlaşmama və təhqir etməmə qərarı verilib.
Bu qərara görə, adı çəkilən şəxslər Ceylan Özgülün evinə, məktəbinə, iş yerinə yaxınlaşmayacaq, ona qarşı alçaldıcı söz və hərəkətlər etməyəcəklər. Qərarı pozan şəxslər ilk dəfə 3-10 gün müddətinə, ikinci dəfə 15-30 gün müddətinə, təkrar yol verdikləri təqdirdə isə 6 aya qədər azadlıqdan məhrum edilə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ETA qruplaşmasının lideri həbs olunub
Putin müəlliminə İsraildə 200 minlik mənzil alıb- Pulunu Abramoviç ödəyib
Özünü su pərisinə oxşatmaq üçün 3500 manat pul xərclədi - FOTOLAR
Britaniya ölkəyə səfər qaydalarını dəyişir
70 nəfərin öldüyü təyyarə qəzası belə baş verib - Video
Ərdoğan Həbibi Ankaraya dəvət etdi: Həmzə, onu mənim yanıma gətir
Çernobıl: Öldürücü radiasiya onları niyə öldürmədi? - İnanılmaz gerçəklər