Gürcüstan hakimiyyəti təzyiq və təxribatda suçlanır
Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili, həbsxanadan göndərdiyi məktubda ölkənin hakimiyyətini ona qarşı xəyanət və təxribat təşkil etməkdə günahlandırıb.
Minval.info xəbər verir ki, səkkiz aydır həbsdə olan Qaribaşvili, hökumətin ona qarşı çirkli oyunlar oynadığını və korrupsiya ittihamlarını qəbul etməsi üçün təzyiq göstərdiyini iddia edir.
Keçmiş baş nazir, atasının da həbs olunacağı ilə bağlı iki dəfə xəbərdarlıq aldığını bildirib. O, “Mənə qarşı təşkil etdiyiniz təxribatlar və aldadıcı hərəkətlərinizlə məni tələyə saldınız. İndi də həbsxanada mənə rahatlıq vermirsiniz, korrupsiya ittihamını qəbul etməyimi tələb edirsiniz ki, siyasətə qayıtmaq ehtimalını aradan qaldırasınız,” deyə qeyd edib.
Qaribaşvili, Gürcüstan hökumətinə müraciətində, “Heç kimə qarşı mübarizə aparmıram, yalnız özümü və ailəmi müdafiə edirəm,” ifadələrini işlədib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Husilərdən Səudiyyə Ərəbistanının Aramco şirkətinə hücum
32 azərbaycanlı Almaniyadan geri qaytarıldı
Ukrayn zərbələri Yandeksin data mərkəzlərinə zərbə vurub
Səudiyyə Ərəbistanı Husi hücumları səbəbindən uçuşları dayandırır
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində itkilər