Keçmiç NİDA-çı Almaniyada həbs olundu - SƏBƏB
Keçmiş NİDA-çı Rəşad Həsənov sığınacaq üçün gəldiyi Almaniyada həbs olunub.
R.Həsənov Almaniyada polis tərəfindən saxlanılıb. Ona saxlanılma səbəbi kimi bildirilib ki, haqqında Əcnəbilərlər İş üzrə Federal İdarənin şikayəti var. R.Həsənov məhkəməyə çıxarılıb. Bu zaman həmvətənimizə vəkili ilə əlaqə yaratmağa imkan verməyiblər. Əli qandallı şəkildə hakim qarşısına çıxarılan R.Həsənov barəsində viza aldığı Litvaya göndərilməsi üçün qərar çıxarılıb. Qərarın yaxın günlərdə icra olunacağı bildirilib.
AzEuroNews.com-un əldə etdiyi məlumatda deyilir ki, R.Həsənov hazırda Almaniyadakı qapalı və ağır şəraitli kamplardan birində tək nəfər üçün nəzərdə tutulmuş otaqda saxlanılır. Ona yalnız kamerasız telefondan istifadəyə icazə verirlər. O, özü də saxlanılma şəraiti ilə bağlı “Twitter”də məlumat paylaşıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada helikopter pəncərəsi uçuşda yerindən çıxdı
Finlandiya rus arxivlərinə çıxışı 9999-cu ilə qədər bağladı
OPEC+ neft kvotalarını oktyabra qədər uzatdı
İranda iqtisadi problemlərə qarşı yeni qərargah!
ABŞ İranın dəniz blokadasını gücləndirir
Sepah Hörmüz boğazında ABŞ gəmilərinə hücum etdi
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı