21.08.2026 - 15:28
İqtisadiyyat 588 baxış

Kapital Bank vətəndaşların məlumatlarını qanunsuz əldə edir?

Son günlərdə vətəndaşların şəxsi məlumatlarının “Kapital Bank” tərəfindən qanunsuz əldə edilməsi ilə bağlı iddialar narahatlıq doğurur. Vətəndaşlar “myGov” platformasında şəxsi məlumatlarına giriş icazəsi sorğularının göndərilməsindən narazıdırlar.

Minval.info xəbər verir ki, bu məsələ ilə əlaqədar sosial şəbəkələrdə şikayətlərin sayı artmaqdadır. Şikayətçilər bildirirlər ki, “Kapital Bank”a müraciət etmədikləri halda, onların məlumatlarının yoxlanılması üçün “myGov” sistemi üzərindən icazə sorğusu göndərilir.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bu məsələnin qanunvericilik baxımından hüquq pozuntusu olduğunu vurğulayır. O, qeyd edir ki, vətəndaşlar “Kapital Bank”da hesab açarkən bankla qarşılıqlı müqavilə imzalayırlar və bu müqavilə əsasında bankın belə addımlar atması üçün səlahiyyət verilib-verilmədiyini yoxlamaq vacibdir. Əgər vətəndaş banka notarial qaydada təsdiq edilmiş etibarnamə verməyibsə, bank vətəndaşın adından hər hansı sorğu göndərə bilməz.

X.Bəşirov əlavə edir ki, dövlət qurumları bu sorğulara cavab verirsə, bu da qanunsuz sayılır. Çünki sorğu göndərən tərəf mütləq şəkildə öz səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Əgər dövlət qurumları sorğuya cavab veriblərsə, bu da qanunsuz yanaşma hesab olunur.

“Kapital Bank”dan məsələ ilə bağlı sorğumuza cavab verilmədi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: