Kanada parlamenti marixuananın leqallaşdırılmasına dair qanun layihəsini təsdiqləyib

Kanada parlamentinin Nümayəndələr Palatası səslərin çoxluğu ilə marixuananın leqallaşdırılmasına dair qanun layihəsini təsdiqləyib.
“Report” TASS-a istinadən xəbər verir ki, deputatların 200-ü qanun layihəsinin lehinə, 82-i isə əleyhinə səs verib.
Sənəd baxılması üçün yuxarı palata olan Senata göndərilib. Qanunun 2018-ci il iyulun 1-də qüvvəyə minməsi gözlənilir.
Sənədə əsasən, 18 yaşdan yuxarı şəxslərə marixuananın satışına icazə veriləcək. Bundan əlavə, hər kəs 4 marixuana bitkisi becərə bilər. Habelə 18 yaşdan yuxarı şəxslər xüsusi dükanlardan 30 qramadək qurudulmuş və ya təzə marixuananı ala, üzərində gəzdirə bilər. Federal hakimiyyət orqanları yüngül narkotikin tədarükü ilə məşğul olacaq və onun reallaşdırııması üçün lisenziyalar verəcək.
Marixuananın satış qiymətinə gəldikdə, bu, regional hakimiyyət orqanlarına həvalə ediləcək. Sonuncular marixuana istifadəçilərinin yaş senzini də artıra bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır