21.12.2017 - 06:42
Dünya
33 baxış
İsveçrə Hüsni Mübarəkin bank hesablarını açıb

İsveçrə Misirin sabiq prezidenti Hüsnü Mübarək və yaxınlarına aid bank hesablarını açıb.
APA-nın xəbərinə görə, bu barədə İsveçrə Konfederasiyası Federal Şurasından bildiriblər. Məlumata əsasən, bank hesablarının dondurulmasına dair qərar dekabrın 20-dən ləğv olunub. Hüsnü Mübarəkin istefasından sonra İsveçrə hökuməti Hüsnü Mübarəkin banklardakı hesablarını dondurmuşdu.
Qeyd edək ki, bu ilin martında Misirin ali məhkəmə instansiyası – Kasasiya Məhkəməsi Hüsni Mübarək barəsində bəraət hökmü çıxarıb. H.Mübarək 2012-ci ildə ömürlük həbs cəzasına məhkum edilib. İki il sonra isə Qahirə Məhkəməsi onun üzərindən bütün ittihamları götürüb.
21.12.201706:26 179
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
19.10.2026 - 17:34
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
19.10.2026 - 17:14
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
19.10.2026 - 16:44
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
19.10.2026 - 16:14
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
19.10.2026 - 16:04
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır
19.10.2026 - 15:23
Fransada sarı jiletlilərdən sonra xaos: Yüz milyonlarla avroluq itki
19.10.2026 - 14:33