İsrail əvvəlcə bombaladı, sonra girov götürdü

İsrail aviasiyası fələstinli döyüşçülərin atəşinə cavab olaraq Qəzza zolağını bombalayıb.
Axar.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti informasiya verib.
Xatırladaq ki, mətbuatda HƏMAS-la İsrail arasında atəşkəs rejiminin bərpa olunması haqqında razılıq əldə olunduğu yazılmışdı. HƏMAS-ın yaydığı məlumatı İsrailin Kəşfiyyat naziri İsrail Kats təkzib etmişdi. O bildirmişdi ki, İsrail raket hücumlarına mütləq cavab verəcək.
İsrail hərbçiləri Şərqi Qüds və Qərbi İordan çayının müxtəlif bölgələrində 17 fələstinlini həbs edib.
Axar.az xəbrə verir ki, bu barədə Fələstin Girovlar Cəmiyyətindən məlumat verilib.
Qeyd edilir ki, İsrail həbsxanalarında 450-si inzibati həbs, 12-si deputat və 300-ü uşaq olmaqla, təxminən 6 min 500 fələstinli var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ