İŞİD-dən təhdid posterləri: Yeni il gecəsi terror olacaq - Foto

İŞİD üzvləri Yeni il gecəsi terror aktı törədəcəklərinin anonsunu verib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 dekabr 2016-cı ildə əyləncə məkanı “Reyna”da 39 adamın ölümü ilə nəticələnən terror hadisəsi törədən İŞİD-çilərin bu ilin sonunda İngiltərə, Almaniya və Fransada bənzər hücumlar təşkil edəcəkləri barədə xəbərlər yayılıb. Belə ki, “BlackOps Cyber” tərəfindən ələ keçirildiyi bildirilən şəkillərdə İŞİD-çilərin Milad əvvəlində İngiltərə, Almaniya və Fransaya hücum etməyi hədəflədiyi deyilir.
Fotolarda “Yaxında sizin tətilinizi” ifadəsi ingilis, alman və fransız dilində yazılıb. Posterin birində Eyfel qülləsinin qarşısında əli bıçaqlı terrorçu şəkl, digər posterdə isə Londonun ən çox adam olan prospektlərindən biri olan Regent Street-də terrorçunun qarşısında diz çökən şaxta baba təsvir edilib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ