10.06.2018 - 19:33
Dünya
1 baxış
İraqda seçki qalmaqalı davam edir: Bu dəfə bülletenləri yandırdılar
Bu gün Bağdadda mayın 12-də ölkədə keçirilən parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin əksəriyyətinin saxlandığı anbarda yanğın olub.APA-nın xəbərinə görə, bu barədə “Al Sumaria” telekanalı məlumat yayıb.
Hazırda İraq Mülki Müdafiə Qüvvələri yanğını lokallaşdırmağa çalışır. Anbar İraq Ticarət Nazirliyinə məxsus olub və bülletenlərin saxlanılması üçün İraq Ali Seçki Komissiyasına icarəyə verilib.
İraqdakı bir sıra partiyalar parlament seçkilərində seçki komissiyalarının bülletenlərin sayılmasında saxtakarlığa yol verməkdə ittiham ediblər. Bülletenlərin əksəriyyətinin saxlandığı anbarda da yanğın İraq parlamentinin səslərin yenidən sayılması ilə bağlı qərar verməsi fonunda baş verib. Səslərin sayılması BMT və İraq Ali Məhkəmə Şurasının təmsilçilərinin nəzarəti altında 10 min könüllünün iştirakı ilə keçirilməlidir.
Qeyd edək ki, mayın 12-də İraqda keçirilən parlament seçkilərində seçicilərin 44,5 faizi iştirak edib. Seçkidə şiə lider Müqtəda əs-Sədrin başçılıq etdiyi blok qalib gəlib və parlamentdə 54 yer qazanıb. İkinci yerdə İraq baş naziri Heydər əl-İbadinin başçılıq etdiyi “Nasr” bloku qərarlaşıb. “Nasr” bloku parlamentdə 42 yerə sahib olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya təsdiqlədi: İrana qarşı İsraillə razılıq əldə olunub
02.06.2018 - 21:02
İranda azərbaycanlı həkim barəsində ölüm hökmü verildi
07.12.2022 - 14:04
Gündə iki butulka qazlı su içdi, iş qabiliyyətini itirdi
25.09.2019 - 14:11
Koronavirusun miqyası böyüyür - İndi də bu ölkədə tapıldı
02.03.2020 - 09:00
"Pana film" "Kurtlar vadisi"nin geri dönməsi məsələsinə aydınlıq gətirdi
09.09.2019 - 17:03
Tayvan Çinə məxsus 4 qırıcının hava sərhəddini pozduğunu açıqlayıb
01.08.2022 - 16:21