12.08.2026 - 16:46
Siyasət 16 baxış

İranın "makaron" oyunu: Yəmənə partlayıcı maddə göndərildi!

İran tərəfindən Yəmənə göndərilən makaronlar, əslində partlayıcı maddə olduğu ortaya çıxdı. Bu, Yəmən hökumətinin İranın qida məhsulları adı altında ölkədəki qruplaşmalara silah göndərdiyini iddia etməsinə səbəb olub.

Minval.info xəbər verir ki, “Azad İran” “Telegram” kanalı bu barədə məlumat yayıb. Məlumatda bildirilir ki, makaron kimi görünən bu məhsul, əslində RPG (reaktiv qumbaraatan) sursatlarına quraşdırılmaq üçün nəzərdə tutulan partlayıcı fitillərdir.

Yəmən silahlı qüvvələrinin nümayəndəsi bu tapıntının İranın ölkəyə göndərdiyi yüklərin əyani sübutu olduğunu vurğulayıb. Əl-Mudaribə və Raas əl-Ara ərazilərində həyata keçirilən təhlükəsizlik əməliyyatı nəticəsində bu cür yüklərin müsadirə edildiyi bildirilib. Təhlükəsizlik əməliyyatlarının və dəniz qüvvələrinin daim nəzarətdə olduğu və bu cür halların qarşısını almağa hazır olduğu qeyd edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: