İranda “düzgün” geyinməyən qadınlar həbs edilməyəcək

Tehran polisinin bəyanatında bildirilir ki, bundan sonra Şəriət qaydalarına uyğun geyinməyən qadınlar həbs edilməyəcəklər. Xatırladaq ki, qadınların ictimai yerlərdə geyim qaydaları İranda 1978-1979-cu illər inqilabından sonra tətbiq edilib.
Virtualaz.org “Associated Press”ə istinadən xəbər verir ki, Tehran polisinin başçısı, general Hüseyn Rəhimi bununla bağlı deyib: “İslami geyim qaydalarına riayət etməyənlər saxlanma mərkəzlərinə göndərilməyəcəklər və onlar barəsində cinayət işi başlanmayacaq”.
Bununla belə, bildirilir ki, qaydalara riayət etməyənlər məcburi qaydada polis idarələrində təşkil ediləcək mühazirələri dinləyəcəklər.
“Tasnim” agentliyinin məlumatına görə, mütəmadi olaraq geyim qaydalarını pozan qadınlar barəsində işlər məhkəməyə veriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır