24.08.2026 - 22:01
Dünya 43 baxış

İran Hörmüzdə gəmi qaydalarını sərtləşdirir

İran Hörmüz boğazında gəmilərin hərəkətini tənzimləyən qaydaları sərtləşdirmək qərarına gəlib. Bu çərçivədə, boğazdan keçərkən qaydaları pozan gəmilərə qarşı məhdudiyyətlər tətbiq olunacaq, cərimələr kəsiləcək və hətta gəmilər müsadirə edilə bilər.

Minval.info xəbər verir ki, İranın Hörmüz Gəmiçiliyinə Nəzarət İdarəsi bu barədə məlumat yayıb. Məlumata əsasən, qayda pozucuları boğazdan istifadəyə davam etdikləri halda cərimələr, saxlanılmalar və ya gəmilərinin müsadirəsi təhlükəsi ilə üzləşəcəklər. Fars körfəzinə və əks istiqamətdə daşımalar həyata keçirən gəmi sahiblərinə, problemlərin qarşısını almaq üçün qayda pozanların siyahısı ilə tanış olmaları tövsiyə edilib.

Qeyd edilir ki, artıq siyahıya daxil edilmiş qayda pozucuları ilə əməkdaşlıq edən gəmilər də siyahıya əlavə olunacaq. Siyahıdan çıxarılmaq üçün idarəetmə strukturlarına xüsusi sorğu göndərmək və İran qaydalarının pozulmasının səbəbini göstərmək lazımdır.

İran və Oman Hörmüz boğazından gəmi daşımalarını bərpa edəcək razılaşma üzərində danışıqlar aparırlar. Regionda olan iki mənbənin məlumatına görə, saziş iki ölkə arasında 60 günlük müvəqqəti razılaşmanı nəzərdə tutur ki, buna əsasən, boğazdan və Fars körfəzindən keçən bütün gəmilər İran sularından keçərək şimal marşrutu ilə hərəkət etməlidir. Hörmüzdən keçən və Ərəbistan dənizinə gedən bütün çıxış trafiki isə İranla koordinasiyalı şəkildə Oman sularından keçməklə, cənub marşrutu üzrə olacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: