İran Hörmüz boğazında gəmilərdən rüsum alacaq
İran, Hörmüz boğazından keçən gəmilər üçün rüsum tətbiq etməyi planlaşdırır. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi bu məqsədlə hazırlanan qanun layihəsinin müvafiq maddəsini təsdiqləyib.
Minval.info xəbər verir ki, “Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üzrə strateji tədbirlər” adlı qanun layihəsinin üçüncü maddəsi qəbul edilib. Bu maddəyə əsasən, İran hakimiyyətinin icazəsi ilə boğazdan tranzit keçən ölkələrin gəmilərindən göstərilən xidmətlərə görə ödəniş alınacaq.
Rüsumlar ekoloji xidmətlər, yanacaq doldurulması, sığorta və təhlükəsizliyin təmin edilməsi ilə bağlı xərcləri əhatə edəcək. Qanun layihəsinin qüvvəyə minməsi üçün onun parlamentdə təsdiqlənməsi və digər qanuni prosedurlardan keçməsi tələb olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranın enerji sektorunda 7,5 trilyon kub fut qaz kəşfi
BMT yeni baş katib seçə biləcəkmi?
Yastıqdan çıxan 1 kiloqramlıq qızıl şoku!
Çin heyətinin olduğu gəmi Benqal körfəzində batdı
İran qonşularını ABŞ-a dəstəkdə ittiham edir
Rusiyada hava limanlarında uçuş xaosu: Reyslər ləğv edilir
Almaniyadan Ukraynaya 50 milyon avroluq yardım!