22.08.2026 - 16:07
Dünya 48 baxış

İran hərbi doktrinasını hücuma dəyişdi: ABŞ-a xəbərdarlıq!

İran Silahlı Qüvvələri müdafiə xarakterli hərbi doktrinasından imtina edərək hücum doktrinasına keçid edib. Bu barədə İslam Respublikası ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiya məlumat verib.

Minval.info xəbər verir ki, Əkrəminiya, 2025-2026-cı illərdə Birləşmiş Ştatlar və İsrailə qarşı aparılan hərbi əməliyyatlar zamanı ölkənin hərbi doktrinasının tədricən müdafiədən hücum xarakterinə dəyişdiyini bildirib. Yeni hücum doktrinası düşmənlərə qarşı qabaqlayıcı əməliyyatların keçirilməsini və İrana qarşı istənilən təcavüz aktına dərhal və daha böyük miqyasda cavab verilməsini nəzərdə tutur.

Qeyd edək ki, avqustun 21-də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi də Birləşmiş Ştatlar tərəfindən gələn yeni təhdidlərə “sarsıdıcı” cavab veriləcəyini bəyan etmişdi. O, Tehranın quruda, dənizdə, havada, hava hücumundan müdafiə sahəsində və hətta kiberfəzada hərəkətə keçməyə tam hazır olduğunu vurğulamışdı.

Məlumat üçün bildirək ki, həmin gün ABŞ lideri 2026-cı ilin fevralında İrana hücum etməkdən başqa seçimlərinin olmadığını və İslam Respublikasının nüvə silahı əldə etməsinə imkan verməmək üçün “bunu yüz dəfə də olsa yenidən edəcəyini” qeyd etmişdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: