İran-ABŞ danışıqlarında yeni irəliləyiş: Sülh paketi hazırdır
İran və ABŞ arasında davam edən danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib. Pakistanın daxili işlər naziri Möhsin Naqvinin Tehrana səfərindən sonra verdiyi açıqlamaya görə, tərəflər ABŞ-İsrail müharibəsinin sona çatdırılması və qarşıdurmanın genişlənməsinin qarşısının alınması istiqamətində mühüm addımlar atıblar.
Minval.info xəbər verir ki, danışıqlar zamanı Hörmüz boğazının yenidən açılması və müharibənin mümkün qədər tez başa çatdırılması məsələləri müzakirə edilib. Tərəflər həmçinin regional sülh və fikir ayrılıqlarının danışıqlar yolu ilə həlli barədə fikir mübadiləsi aparıblar.
Siyasi şərhçilərin fikrincə, Pakistanın vasitəçiliyi ilə əldə edilən irəliləyiş, tərəflərin danışıqları davam etdirməyə hazır olmaları və müharibənin yenidən başlamaması üçün zəmanətlərin verilməsi ilə bağlıdır. Həmçinin, ABŞ-nin İrana qarşı yeni sərt sanksiyalar tətbiq etməsi fonunda Tehranın müəyyən kompromislərə getməyə hazır olduğu bildirilir. Proseslə bağlı yeni bir paket üzərində danışıqların davam etdiyi qeyd olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Moskva seçki öncəsi etirazlardan narahatdır
Paşinyan: Ermənistan Rusiyanı strateji müttəfiq saymır
Ermənistan SSRİ nostaljisini geridə qoyur
ABŞ kəşfiyyat şefi Moskvaya niyə gəlib - Məxfi səfərin GİZLİNLƏRİ
Köçəryan və Sərkisyan üçün Bakıdan Paşinyana MÜRACİƏT
Paşinyan erməni konyakının adını dəyişir