23.08.2018 - 17:08
İqtisadiyyat 3 baxış

“İqtisadi müharibə”də Rusiyadan ABŞ-a həmlə - Çinə dəstək

Rusiya ABŞ-dan elektron məhsulların və onların hissələrinin idxalını dayandıracağını açıqlayıb.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Aleksey Kodratyev məlumat verib.

Onun sözlərinə görə, qərar yaxın günlərdə qüvvəyə minəcək:

“Rusiya həmin məhsulları Çindən alacaq. Bu qərar ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə əlaqədar olaraq verilib”.

Qeyd edək ki, ABŞ-ın Rusiyaya qarşı yeni snaksiyaları 22 avqustda qüvvəyə minib.

Bundan başqa, bir neçə aydır ABŞ və Çin arasında “iqtsadi müharibə” davam edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: