"Instagram"dan yeni FUNKSİYA

İnstaqram sosial şəbəkəsindəki “Hekayələr” bölməsində indi yuxarıdan sağ küncdə yerləşən xüsusi düymənin üzərinə sıxmaqla bölmədə qalereyaları dərc etmək olar.
Minval.İnfo ICTnews-a istinadən xəbər verir ki, funksiya 10-dək material dərc etməyə imkan verir.
İndiyədək sözügedən xidmət bir şəkil və ya video seçməyə və onları ayrı-ayrılıqda dərc etməyə imkan verirdi. İndi isə istifadəçilərin ixtiyarına daha sürətli və rahat üsul verilib. İstifadəçi materialların göstərilmə ardıcıllığını seçə, həmçinin hər birinə stiker və gif əlavə edə biləcək.
Hələ ki yeni funksiya yalnız “Android” istifadəçiləri üçün əlçatandır. Proqramçılar söz veriblər ki, yaxın iki həftədə digər platformaların istifadəçiləri də yeni funksiyadan yararlana biləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyada helikopter pəncərəsi uçuşda yerindən çıxdı
Finlandiya rus arxivlərinə çıxışı 9999-cu ilə qədər bağladı
OPEC+ neft kvotalarını oktyabra qədər uzatdı
İranda iqtisadi problemlərə qarşı yeni qərargah!
ABŞ İranın dəniz blokadasını gücləndirir
Sepah Hörmüz boğazında ABŞ gəmilərinə hücum etdi
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı