“İmran Xana nəsə olsa, hökuməti..." - Deputatdan şok sözlər
Pakistanın keçmiş baş nazir İmran Xanın partiyasından olan və vəzifəsindən uzaqlaşdırılan parlamentari hökuməti “intihar hücumu” ilə hədələyib.
Teleqraf.com xəbər verir ki, Təhriki İnsaf partiyasının millət vəkili Ataullah yayımladığı videoda “İmran Xanın bir tükü zədələnərsə, hökumət liderlərini intihar hücumları ilə hədəfə alacağıq”, – deyib.
Millət vəkili “Twitter”də paylaşdığı videoda “Nə sən, nə də övladların qalacaq. Sənə ilk intihar hücumu edən mən olacam. Minlərlə insan da bunu etməyə hazırdır”, – deyə bildirib.
Aprel ayında Pakistan Milli Assambleyasında etimad səsverməsini itirən İmran Xan istefaya göndərilib.
Şahbaz Şərifin başçılıq etdiyi hökumətə İmran Xanın tərəfdarları etiraz edirlər.
Keçmiş baş nazirə qarşı sui-qəsdin olması ilə bağlı iddialar son vaxtlar ölkə mətbuatında gündəmə gəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ