İki sığorta şirkətinin lisenziyası ləğv edildi
Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə iki sığorta şirkətinin və 13 nəfər sığorta agentinin lisenziyaları ləğv edilib, səkkiz nəfərə isə yeni lisenziyalar verilib.
Palatadan verilən xəbərə görə, təkrarsığorta və sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın könüllü qaydada ləğv edilməsi barədə daxil olan müraciətlər əsasında “İpək Yolu Sığorta” ASC və “Azərbaycan Sənaye Sığorta” ASC-nin və beş nəfər sığorta agentinə verilmiş lisenziyalar ləğv edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarı ilə fəaliyyəti barədə rüblük hesabatları təqdim etməyən şəxslərin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları üç ay müddətinə dayandırılmışdı.
Həmin tarixdən etibarən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmaması ilə əlaqədar səkkiz nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.
Palatanın İdarə Heyətinin eyni qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən səkkiz nəfər sığorta agentinə lisenziyalar verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq
Bakıda və regionlarda yeni hotellər açılacaq
Dünya milyarderlərinin siyahısı açıqlandı — Kimin nə qədər pulu var?
Azərbaycan neftinin bu günə olan QİYMƏTİ
Gələn il Azərbaycan 2,2 milyard manat borc qaytaracaq
FED dollarla bağlı qərarını açıqladı
Azərbaycanda qızıl-gümüş bahalaşıb