Hökumətdən gözlənilməz addım: İranın 300 milyonu batdı…
Almaniya Mərkəzi Bankı (AMB) nağd pul köçürmələri ilə bağlı siyasətində dəyişiklik edib. Dəyişikliyin ilk mərhələsi İrana 300 milyon avroya başa gələcək.
Minval.info Teleqraf.com-a istinadən xəbər verir ki, AMB-nin bu addımı Almaniya banklarında İran məxsus 300 milyon avronun köçürülməsində problem yaradacaq.
ABŞ-ın İrana qarşı yeni sanksiyaları qüvvəyə minməzdən əvvəl rəsmi Tehran Almaniya hökumətin müraciət edərək, 300 milyon avronu geri çəkmək istədiyini bildirmişdi.
AMB-nin yeni dəyişikliyində İranın adı hallandırılmasa da, “Associted Press” bu qərarın İranın 300 milyonu transfer etmək istəyi ilə bağlı olduğunu iddia edib.
ABŞ-ın Almaniyadakı səfiri Ri Qrennel “Associted Press”ə verdiyi açıqlamada Almaniyanın bu qərarını dəstəklədiyini deyib: “İranın Avropada dağıdıcı investisiyasının artmasından narahat idik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SOCAR Pakistana qaz böhranından çıxmağa kömək edəcək
Azərbaycan neftinin 1 bareli 73 dolları ötüb
Azərbaycan nefti yenidən ucuzlaşıb
Səudiyyə Ərəbistanının dövlət büdcəsinin kəsiri 50 milyard dollara çatıb
Ukrayna pensiya fondunda “dəlik” aşkar edilib
Azərbaycan nefti kəskin ucuzlaşıb
Avropada təbii qazın qiyməti yenə qalxdı