Haradan qaçırlar, hara qaçırlar? - Dünyada 258 milyon mühacir var

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti mühacir hesabatı açıqlayıb. Novator.az xəbər verir ki, hesabata görə, planet əhalisinin 3,4%-i (258 milyon insan) mühacirdir.
Hesabatda 2000-ci illə müqayisədə mühacirlərin sayının 49% artdığı vurğulanır, 26 milyona yaxın mühacirin qaçqın olduğu bildirilir.
Sənədə görə, mühacirlərin 17 milyonu Hindistan, 13 milyonu Meksika vətəndaşıdır.
Rusiya, Çin, Banqladeş, Suriya, Pakistan və Ukraynadan mühacirlər də çoxdur. Bu ölkələrin hər birindən 6 milyondan 11 milyona qədər insan miqrasiya edib.
Mühacirlərin 19%-i (49,8 milyon insan) ABŞ-da yaşayır.
Səudiyyə Ərəbistanı, Almaniya və Rusiyanın hər birində 12 milyona yaxın mühacir var.
Böyük Britaniyada mühacirlərin sayı 9 milyon nəfərdir.
2017-ci ilin göstəricilərinə əsasən, mühacirlərin 48,4%-i qadınlardır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır