Həyat yoldaşı ilə cinsi əlaqəyə girməyən, qəribə tələbləri olan Albert Eynşteyn
Kəşfləri və nəzəriyyələri ilə elm dünyasının ən önəmli insalarından birinə çevrilmiş dahi Albert Eynşteyn şəxsi həyatı da bir qədər maraqlıdır.
Nə qədər dahi olsa da, emosional baxımdan zəif və qərarsız olan Eynşteyn 11 illik həyat yoldaşı Mileva Mariklə olan evliliyini xilas etməyə çalışsa da, ancaq məşhur fizikin bu cəhdləri heç bir məntiqə sığmayan şərtlərdən ibarət evlilik müqaviləsi olub.
Eynşteyn öz otağının daima təmiz olmasını, gündə 3 dəfə yemək verilməsini və öz iş masasına heç kimin toxunmamasını tələb edib.
Alimin digər şərtləri isə öz həyat yoldaşına daha çox qulluqçusu kimi yanaşdığını göstərir.
Mileva Marik Eynşteynlə bir yerdə əyləşə bilməzdi. Milevanın imzaladığı müqaviləyə əsasən, birlikdə səyahətə çıxmağı da tələb edə bilməzdi. Albert Mileva ilə cinsi yaxınlıqdan da imtina etmişdi. Üstəlik, qadının bununla bağlı şikayət etməsini də qadağan etmişdi.
Alim daha da irəli gedərək həyat yoldaşının danışmasını da məhdudlaşdırmışdı. Belə ki, əri istədiyi zaman Mileva dərhal susmalı idi. Həmçinin, tək qalmaq istəyəndə xanım Marik sorğu-sualsız otağı tərk etməli idi.
Beləliklə də, elm aləmində çox uğurlar qazanan Eynşteynin eşqdə bəxti gətirməyib. Milena Marik bütün bu ağır şərtləri Albertə olan sevgisinə görə qəbul etsə də, bir müddət sonra dözə bilməyib, uşaqlarını da götürüb Zürihə geri qayıdıb.
Dəniz
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır