Həm kişi, həm də qadın cinsiyyətli 13 yaşlı Asya: "Bu vəziyyətdən çox utanıram" - FOTO, VİDEO
Türkiyənin Ərzurum şəhərində yaşayan 13 yaşlı Asya cüt cinsiyyətə sahib olduğunu öyrənərək şok yaşayıb.
Həm qadın, həm də kişi orqanizminə xas xüsusiyyət daşıyan Asya dostlarının vəziyyəti öyrənməsindən sonra məktəbə getməkdən də imtina edib.
Minval.İnfo xəbər verir ki, at arabası ilə kağız toplayıb, gecəqondunda yaşayan ailəsini dolandıran atası isə Asyanın yüksək təzyiq, adrenalin çatışmazlığı, astma, göz damarında yırtılma, revmatizma kimi xəstəliklərə görə 4 yaşından bəri müalicə gördüyünü deyib:
“Üstəlik, həkimlər övladınız iki cinsiyyətə sahibdir deyəndə anası ilə birgə nə edəcəyimizi bilmədik. Övladımın xəstəlikləri bəs deyilmiş kimi, bu da çıxdı. Məktəbin ən savadlı şagirdlərindən biri idi, amma çox sevdiyi məktəbdən də uzaq düşməli oldu”.

Anasının sözlərinə görə, bu vəziyyətin səbəbkarı qohum evliliyidir: “Böyük qızım da 25 faiz əqli məhdudiyyətlidir. Övladlarım qohum evliliyinin qurbanlarıdır. İki cinsiyyətə sahib qızım gecələr yata bilmir. Gözümün önündə əriyib gedir”.
Həm qadın, həm də kişiyə aid xüsusiyyətləri daşıyan Asya dostları kimi qız olmaq istədiyini söyləyib: “Bu vəziyyətdən çox utanıram. Böyüyəndə həkim olub, özüm kimi kasıb və aciz uşaqları pulsuz müalicə edəcəm”.
Minval.İnfo
https://www.dailymotion.com/video/x6gtzkq
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Afrikada 350 fil naməlum səbəbdən ölüb
Ona lağ edən ərini və qohumlarını zəhərlədi: 5 ölü, 120 xəstə
“Ermənistanda mənimlə Azərbaycanca danışdılar” - Girov düşən 16 yaşlı çoban
İlk Səudiyyə Ərəbistanlı modelin şəkilləri ölkəni qarışdırdı
Səudiyyə Ərəbistanında yeni qanun — Dini lağa qoyanlar həbs ediləcək