Həkim maaş artımı: Bölgələrdə kadr çatışmazlığı bitəcək?
Tibb işçilərinin maaşlarının artırılması, səhiyyə sistemində çalışanların sosial rifahını yaxşılaşdırmaq üçün mühüm bir addım hesab olunur. Bu barədə Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov sosial şəbəkə hesabında fikirlərini bölüşüb.
Minval.info xəbər verir ki, Ayaz Hüseynov maaş artımının yalnız həkimlərin deyil, həmçinin orta və kiçik tibb işçilərinin əməyinin də layiqincə qiymətləndirilməsinə xidmət edəcəyini vurğulayıb. O, regionlardakı dövlət xəstəxanalarında həkim çatışmazlığı və kadr təminatı ilə bağlı problemlərin mövcud olduğunu qeyd edib.
Hüseynov bildirib ki, maaşların artırılması, xüsusilə bölgələrdə fəaliyyət göstərmək istəyən mütəxəssislər üçün güclü bir stimul olacaq və bu, kadr çatışmazlığını aradan qaldırmağa kömək edəcək. Onun sözlərinə görə, orta tibb işçilərinin maaşlarının artırılması, pasiyentlərə göstərilən tibbi xidmətin keyfiyyətinə və diaqnostikanın dəqiqliyinə də müsbət təsir göstərə bilər.
Həkim əlavə edib ki, tibb peşəsinin cəlbediciliyinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi, pasiyent məmnuniyyətinin təmin olunmasında əsas amillərdəndir. Ayaz Hüseynov, TƏBİB-in bu addımının ölkədə səhiyyənin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi