Günün qoroskopu: Əsəblərinizi qoruyun
Qoç – İndiki məqamda lovğalıq və özündənrazılıq kimi hisslər sizə başucalığı gətirən deyil. Bu səbəbdən də reallığa qiymət vermək lazımdır. Planlarınızı gerçəkləşdirməkdə təcrübəli adamlardan yararlanın.
Buğa – Ulduzlar ilk növbədə əsəblərinizi qorumağı tövsiyə edir. Çünki indiki məqamda çılğınlıq etməyiniz sizi çox şeydən məhrum edə bilər. Əməkdaşlıqda isə uğurlarınız gözlənilir.
Əkizlər – Bacardığınız qədər neytral olun. Yeni işlərə başlamaq, risk etmək, hansısa qeyri-müəyyən münaqişələri yatırtmaq fikrinə düşməyin. Yalnız adi işlər görməklə bu təqvimi başa vurun.
Xərçəng – Qarşınızda mübahisəli bir təqvim durur. Hisslərinizi cilovlayın. Başqaları haqqında əmin olmadığınız rəy bildirməyin. Dondurduğunuz işləri isə saat 18-dən sonra davam etdirə bilərsiniz.
Şir – Şəxsi işlərinizdə müsbət dönüş gözlənilir. Amma bir az diqqətli olun. Çalışın ki, “qatara” gecikməyəsiniz. Nahardan sonra xoşagəlimli hadisələr olmalıdır. Qohumlarınızla əlaqə saxlayın.
Qız – Maliyyə problemlərinizin artmasına baxmayaraq iş prinsipində hər şey ürəyinizcə olacaq. Ola bilsin ki, sizi narahat edən bəzi fəaliyyət sahələrində irəliləyiş baş versin.
Tərəzi – Ulduzların düzümü təxminən saat 13-dək riskli işləri təxirə salmağı tövsiyə edir. Əks təqdirdə mübahisələrə mübtəla olacaqsınız. Sonrakı müddətdə isə yeni təkliflər alacağınız gözlənilir.
Əqrəb – Yaxşı olar ki, sizə aidiyyatı olmayan məsələlərə qarışmayasınız. Əlavə başağrısı nəyinizə lazımdır? Öz ideyalarınızı reallaşdırmağa çalışın. Əsas vaxtınızı isə sevgiyə yönəldin.
Oxatan – Mənfi yüklü Ay bürcünüzdə qərar tutsa da, ovqatınız yaxşı olacaq. Ətrafınızdakı hadisələr sizə sevinc bəxş edəcək. Saat 14-dən sonra şəxsi büdcənizi artıra bilərsiniz.
Oğlaq – Bu maraqlı təqvimdə səfərə çıxmaq üçün şanslarınız var. Odur ki, hazırlaşmağa dəyər. Yalan vədlər vermək, yaxın adamları aldatmaq sizə zərər yetirə bilər. Bəxtinizdə pul da var.
Dolça – Qarşılıqlı münasibətlər zəminində bəzi xoşagəlməzliklərlə rastlaşa bilərsiniz. Odur ki, özünüzü mümkün qədər cilovlamalısınız. Nəqliyyatdan az yararlanın. Fiziki işlərə ara verin.
Balıqlar – Bəxtinizdə mistik bir gün durur. Belə ki, qeyri-adi hadisələr, anlaşılmaz situasiyalar sizi müşayiət edəcək. Hisslərinizə nəzarət etməyi unutmayın. Ziyarətgahlara da baş çəkin.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır