“Google” 5 milyarddan çox cərimə ödəyəcək
ABŞ-ın “Google” şirkəti 4,34 milyard avro (5 milyard dollardan çox) məbləğində cərimə ödəməli olacaq.
Oxu.Az “Reuters”ə istinadla xəbər verir ki, “Google” Avropa İttifaqının antiinhisar qanununu pozmaqda müqəssir bilinib.
Avropa İttifaqının rəqabət üzrə komissarı Marqret Vestager bildirib ki, şirkət Android əməliyyat sistemi ilə çalışan cihazlardakı trafikin istisnasız olaraq yalnız “Google” axtarış sistemi üzərindən aparılması üçün şəbəkə operatorlarına və cihaz istehsalçılarına şərt qoyub:
“Bu praktika rəqibləri innovasiyaların tətbiqi və rəqabət imkanlarından məhrum edib. Nəticədə avropalı istehlakçılar mobil sahədə effektiv rəqabətin üstünlüklərindən faydalana bilməyiblər”.
Komissar qeyd edib ki, cərimənin məbləği Avropa qaydalarını pozmağın ciddi məsuliyyət yaratdığını göstərir.
Avropa Komissiyası şirkətə səhvlərini düzəltməsi üçün 90 gün vaxt verib. Əks halda, “Google”un daxil olduğu “Alphabet Holding”in dünya üzrə dövriyyəsinin 5%-i həcmində əlavə cəza kəsiləcək.
“İndi “Google”un doxsan günü var ki, özünün bazardakı mövqeyindən sui-istifadəyə əsaslanan biznes praktikasından imtina etsin. Sadə sözlə desək, “Google” avropalı istifadəçilərin seçiminə təsir etməyi dayandırmalıdır”, – Vestager deyib.
ABŞ şirkəti isə qərardan şikayət verəcəyini açıqlayıb.
Qeyd edək ki, nəzərdə tutulan cərimə məbləğini “Alphabet Holding” təqribən 2 həftə ərzində qazanır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan neftinin ucuzlaşması davam edir
Ölkədə qızıl və gümüş bahalaşıb
Rus rublu ilə bağlı BƏD XƏBƏR
Belarusda “Müalicəvi Naftalan nefti” mövzusunda poçt markaları hazırlanıb
Bakının bu hissəsində villalar çox ucuz qiymətə satışa çıxarıldı - SƏBƏB
Macarıstan şirkəti "Azəri-Çıraq-Günəşli" blokunda hasilatı azaldıb
Azərbaycanda "kənd yumurta"sı 100 faiz bahalaşdı — RƏSMİ AÇIQLAMA