“Gərək adamlar boğulsun ki, metro çəkilsin?!” - Deputat
“Uşaqlarla, uşaq pulları ilə bağlı məsələ artıq həllini tapmalıdır. Başqa yerdə bu var və yoxdur, bunun bizim üçün elə bir əhəmiyyəti qalmır. Biz özümüz bu məsələni özümüz həll etməliyik. Həll etməliyik ki, uşaq xəstə olmasın, şikəst olmasın, əlil olmasın”.
Minval.info Qafqazinfo-ya istinadən xəbər verir ki, bunun deputat Fazil Mustafa parlamentdə büdcə müzakirələrində deyib. Onun sözlərinə görə, burada ünvanlılıq olmalıdır: ” Hökumət hətta, naturallılıq yolu ilə də bunu edə bilər, yəni, qida, ərzaq şəklində də kömək etmək olar. 63 faizi əhalinin rəsmi gəliri yoxdur, həm atanın, həm də ananın. Ona görə də hökumət bu məsələni həll etməlidir”.
F. Mustafa həmçinin Bakıda nəqliyyat probleminə də toxunub. O bildirib ki, burada ciddi problem yaşanır: “Bu problemi aradan qaldırmaq üçün metro çəkilməlidir. Bu gün milyonlarla adam metrodankı havasızlıqdan əziyyət çəkir. Gərək 1 milyon havasızlıqdan boğulsun ki, bu sahəyə vəsait ayrılıb metro tikintisi sürətləndirilsin?! Amma bu sahəyə uzun zamandır ki, ciddi vəsait ayrılmır”.
Qeyd edək ki, çıxışlardan sonra 2019- cu ilin dövlət büdcəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib. Deputatlardan 105-i lehinə, ikisi isə əleyhinə səs verib. Onu da qeyd edək ki, ikinci oxunuşda müzakirələr noyabrın 23-də davam etdiriləcək.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı