Futbolçu əsas heyətə düşmək üçün baş məşqçiyə silah çəkdi
Argentina çempionatının aşağı dəstəsində mübarizə aparan “Eskuela Prezidente Roka” klubunun futbolçusu Sezar Paqani əsas heyətə düşmək üçün inanılmaz üsula əl atıb.
Minval.info xəbər verir ki, “Qafqazinfo” nun Goal-a istinadən verdiyi məlumata görə, məşqlərin birində məşqçi Kristian Neyranın başına silah dayayan futbolçu əsas heyətə daxil edilməsini tələb edib.
Bundan sonra təcrübəli mütəxəssis istefa verib:
“Artıq 45 ildən çoxdur bu klubda çalışıram. Heç vaxt buna bənzər hadisə ilə üzləşməmişdim”, – deyə məşqçi bildirib.
Bu hadisədən sonra məlum olub ki, Paqani daha öncə tanışlarından birindən məşçini təhdid etməyi xahiş edibmiş. Məsələ ilə bağlı polis araşdırmaya başlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur